1.3
DÜZXƏTLİ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏT. SÜRƏT
Avtomobil Bakı-Qazax avtobanının düzxətli Hacıqabul-Gəncə hissəsində elə hərəkət edir ki, o: hər 1 saatda 90 km, hər 30 dəqiqədə 45 km, hər 15 dəqiqədə 22,5 km, hər 10 dəqiqədə 15 km, hər 5 dəqiqədə 7,5 km, hər 1 dəqiqədə 1,5 km və s. yol gedir.Zaman fasilələri | Δt1 = 5 san | Δt2 = 5 san | Δt3 = 5 san | Δt4 = 5 san |
Yerdəyişmələrin modulu | Δs1 = ... | Δs2 = ... | Δs3 = ... | Δs4 = ... |
Sürətin modulu |
v1 = Δs1 Δt1 = .. |
v2 = Δs2 Δt2 = .. |
v3 = Δs3 Δt3 = .. |
v4 = Δs4 Δt4 = .. |
Mexaniki hərəkətin ən sadə növü düzxətli bərabərsürətli hərəkətdir.
• Düzxətli bərabərsürətli hərəkət — düz xətt boyunca istənilən bərabər zaman fasilələrində
eyni yerdəyişmə icra edən maddi nöqtənin hərəkətidir.
• Zaman keçdikcə düzxətli bərabərsürətli hərəkətin sürətinin modulu və istiqaməti
dəyişmir: = const.