7.1
TERMODİNAMİK SİSTEM. DAXİLİ ENERJİ
Yer kürəsində okeanlar istilik enerjisinin toplandığı ən nəhəng depodur. Belə ki,
milyon illərdir okean sularının ucsuz-bucaqsız səthi Günəş şüalarının birbaşa
təsirinə məruz qalır. Bundan əlavə, yüzlərcə illərdir okeanlar atmosferə atılan
istixana qazlarının əmələ gətirdiyi artıq istilik enerjisinin də 9
10
hissəsindən çoxunu
udur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, son on ildə
okeanın hər 1 m2 sahəsi 1Vt gücü ilə qızır. Nəticədə, okean sularının nisbətən dayaz və dərin sahələri arasında böyük temperaturlar fərqi yaranır - okean sularının daxili enerjisi müntəzəm dəyişməyə məruz qalır. Alimlər okean sularının temperaturlar fərqi əsasında işləyəbilən istilik mühərrikini işə salaraq okeanın daxili enerjisini elektrik enerjisinə çevirən qurğular hazırlaya bildilər.