TERMODİNAMİKANIN İKİNCİ QANUNU.
İSTİLİK MÜHƏRRİKLƏRİNİN İŞ PRİNSİPİ
Şəkildə daxiliyanma mühərriki ilə işləyən avtomobilin aldığı və sərf etdiyi enerji
miqdarı təsvir edilmişdir.
Bu avtomobilin mühərrikinin qənaətcil olub, olmadığını
necə müəyyənləşdirmək olar?
Mühərrikdə istilik enerjisinin axımı (termodinamik
proses) hansı istiqamətdə baş verir: istidən soyuğa,
yoxsa əksinə?
1
Müşahidə olunan hadisələrdən hansı nəticəyə gəlmək olar? Təchizat: su qızdırıcısı, laboratoriya stəkanı (2 əd.), boyaq kristalları,
metal qaşıq, termometr. İşin gedişi:
Təcrübə 1.
Stəkanı ilıq su ilə doldurun. Boyaq kristallarını suya atıb diffuziya hadisəsinin gedişini -
suyun bütün həcmi boyu rəngləndiyini izləyin (a).