1.5
DÜZXƏTLİ BƏRABƏRTƏCİLLİ HƏRƏKƏTDƏ
SÜRƏT VƏ YERDƏYİŞMƏ
Təyyarə uçuş zolağında hərəkət istiqamətinə yönəlmiş
x koordinat oxu boyunca sabit
ax =
6
m
san2 təcillə hərəkət edir.
- Təyyarənin hər saniyədə sürət dəyişməsi nəyə bərabərdir?
- Bu hərəkət üçün təcilin proyeksiyası - zaman qrafiki nədir?
- Düzxətli bərabərtəcilli hərəkətdə sürət və yerdəyişmənin proyeksiyası nədən asılıdır? Bunu necə
müəyyənləşdirmək olar?
1
Bərabərtəcilli hərəkətdə sürət nədən asılıdır?
Məsələ 1. Şəkildə mail novda
başlanğıc sürəti ilə aşağı və yuxarı
bərabərtəcilli diyirlənən
kürəcik təsvir edilmişdir (
a və
b). Bu hərəkətlərə uyğun təcilin OX oxu üzərində proyeksiyasını
çəkin və işarəsini müəyyən edin.
Nəticənin müzakirəsi:
- Bərabərtəcilli hərəkət edən kürəciyin sürət düsturunu vektor şəklində necə yazmaq
olar?
- Mail nov boyunca yuxarı və aşağı bərabərtəcilli diyirlənən kürəciyin sürətinin
proyeksiyasının düsturunu ümumi şəkildə yaza bilərsinizmi?
- Mail nov boyunca başlanğıc sürəti ilə
yuxarı bərabərtəcilli hərəkət edən
kürəciyin N nöqtəsində təcilinin proyeksiyası ümumi şəkildə nəyə bərabərdir?
Düzxətli bərabərtəcilli hərəkətdə sürət. (1.10) düsturundan görünür ki,
təcili məlumdursa, istənilən
andakı sürəti təyin etmək olar:
(1.13)
və ya
x oxu üzrə proyeksiyada:
vx = v0x + axt. (1.14)
Əgər başlanğıc sürət sıfıra bərabərdirsə (v0x = 0):
vx = axt .(1.15)
Bu ifadələrdən məlum olur ki, bərabərtəcilli hərəkətdə sürət zamanın xətti funksiyası olub koordinat
başlanğıcından (və ya v0x-dan) keçən düz xətdir.