1.8
ÇEVRƏ ÜZRƏ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏT
Beynəlxalq kosmik stansiyanın (BKS) Yer ətrafında dövretmə periodu 90 dəqiqə 44 san, Yer səthindən orta hündürlüyü 360 km-dir. Yerin radiusunun orta qiyməti 6371 km-dir.
Bilirsiniz ki, əyrixətli hərəkətin ən sadə növü təbiətdə geniş yayılan çevrə üzrə hərəkətdir (bax: Fizika-7, mövzular: 1.5 və 1.6). Öz oxu ətrafında fırlanan Yer səthinin nöqtələri, saat əqrəbindəki nöqtələr və s. çevrə üzrə hərəkət edir. Çevrə üzrə hərəkətin öyrənilməsinin mühüm nəzəri-praktik əhəmiyyəti ondan ibarətdir ki, ixtiyari əyrixətli trayektoriya müxtəlif radiuslu çevrələrin qövslərinin cəmi kimi təsəvvür edilə bilər (a).
Çevrə üzrə hərəkətin ən sadə növü bərabərsürətli hərəkətdir.
● Çevrə üzrə bərabərsürətli hərəkət - maddi nöqtənin sürətinin modulunun çevrənin bütün nöqtələrində eyni olduğu hərəkətdir. Belə hərəkət aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur:Dövretmə periodu. Dövretmə periodu - maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zamandır:
T = t
N.
Burada T — dövretmə periodu, N — maddi nöqtənin t müddətindəki tam
dövrlərinin sayıdır. Dövretmə
periodunun BS-də vahidi saniyədir:
[T ] = 1 san.