1.1.
N maddi nöqtəsinin XOY müstəvisində koordinatlarını təyin edin: nöqtənin radius-vektoru OX oxu ilə 30° bucaq təşkil edir, onun modulu isə 5 m-dir.
1.2.
M maddi nöqtəsinin koordinatları xM = 1 m və yM = 1,5
m, N nöqtəsinin koordinatları isə xN = 3 m və yN =
- 2 m-dir.
Təyin edin:
a) bu vektorun OX və OY oxları üzərindəki proyeksiyasını;
b) M və N nöqtələrini birləşdirən vektorun modulunu;
c) onun OX oxu ilə əmələ gətirdiyi bucağı.
1.3.
vektorları qarşılıqlı perpendikulyardır
(ş.1).
Təyin edin:
a) əvəzləyici vektorun istiqamətini;
b) əvəzləyici vektorun modulunu.
1.4.
Şəkildə təsvir edilən vektorların OX və OY koordinat oxları üzərində proyeksiyalarını müəyyən edin (ş.2).
1.5.
İdmançı qaçaraq radiusu 60 m olan dairəvi trayektoriya üzrə 10 dövr etdi. İdmançının getdiyi yolu təyin edin. Onun yerdəyişməsinin modulu nəyə bərabərdir (π = 3)?
1.6.
Uzunluğu 8 sm olan saatın saat əqrəbinin uc nöqtəsinin t1 = 3 saat, t2 = 6 saat, t3 = 9 saat, t4 = 12 saat zaman fasilələrinə uyğun getdiyi yolu və yerdəyişməsinin modulunu təyin edin (π = 3).
1.7.
N arabacığı yerə nəzərən hərəkətdə, M və O arabacıqları isə sükunətdədir (ş.3). Hesablama sistemi N arabacığı ilə əlaqədar olarsa, bu sistemə görə M və O arabacıqlarının vəziyyətləri haqqında nə demək olar?