2.1
DİNAMİKANIN ƏSAS MƏSƏLƏSİ.
QÜVVƏ. ƏVƏZLƏYİCİ QÜVVƏ. KÜTLƏ
Vəli və Asif sketbordda hərəkət edərək müxtəlif hündürlüklərdən tullanırdılar. Belə tullanışların birində Asif ayağından ciddi zədə aldı.
Məktəb həkimi şagirdləri müayinə edəndə Lalənin onurğa sütununda əyrilik baş verdiyini aşkarladı.
Suda batmaq təhlükəsindən xilas olmaq ücün istifadə olunan vasitələrdən biri xilasedici dairədir. Şəkildə bu vasitədən düzgün istifadə etmək texnikası təsvir edilmişdir.