2.10
CİSMİN TARAZLIQ ŞƏRTLƏRİ
Yəqin ki, rus şairi İ.Krılovun “Qu quşu, durna balığı və xərçəng” adlı məşhur təmsilini oxumusunuz. Orada personajlar yüngül bir arabanı aparmaq qərarına gəlirlər: "... qu quşu boyunduruğu səmaya, balıq gölə, xərçəng isə geriyə doğru dartır. ...Lakin araba indi də yerində durur”.Nyutonun I qanununa görə, cismin tarazlıqda olması - onun inersial hesablama sistemində sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olması deməkdir. Cisim halından asılı olaraq müəyyən şərtlər ödənildikdə tarazlıqda qalır; onlarla tanış olaq.
İrəliləmə hərəkəti edə bilən cismin tarazlığı. Cismin irəliləmə hərəkətinə onun bir
nöqtəsinin - kütlə
mərkəzinin hərəkəti kimi baxıla bilər. Belə halda sadəlik üçün cismin bütün kütləsinin onun kütlə
mərkəzinə toplandığı və cismə təsir edən əvəzləyici qüvvənin həmin nöqtəyə tətbiq olunduğu qəbul oluna
bilər. Nyutonun II qanunundan göründüyü kimi, həmin nöqtənin təcili o zaman sıfıra bərabər olur ki, ona
tətbiq olunan əvəzləyici qüvvə (təsir edən bütün qüvvələrin həndəsi cəmi) sıfıra bərabər olsun. Bu,
irəliləmə hərəkətində olan cismin tarazlıq şərtidir.
● İrəliləmə hərəkətində olan cismin tarazlıqda olması üçün ona tətbiq edilən əvəzləyici qüvvə (cismə
təsir edən bütün qüvvələrin həndəsi cəmi) sıfıra bərabər olmalıdır:
Qüvvələrin həndəsi cəmi sıfıra bərabərdirsə, bu qüvvələrin istənilən koordinat oxu üzərində proyeksiyalarının cəmi də sıfıra bərabər olar:
F1x + F2x + ... +
Fnx = 0
F1y + F2y + ... +
Fny = 0
F1z + F2z + ... +
Fnz = 0.
Tərpənməz fırlanma oxu olan cismin tarazlığı. Praktikada çox vaxt elə hallar olur ki, tərpənməz fırlanma oxu olan cismə qiymətcə eyni, istiqamətcə əks olan iki paralel qüvvə təsir etdikdə o, həmin ox ətrafında fırlanmaqda davam edir. Məsələn, blok, dolamaçarx və s. belə paralel qüvvələrin hesabına fırlanır.