II FƏSLƏ AİD MƏSƏLƏLƏR
2.1.
Cismə modulları F1 = 8N və F2 = 6N olan iki
qüvvə tətbiq
olunmuşdur. Əvəzləyici qüvvənin maksimum və minimum qiymətlərini təyin edin.
2.2.
Əvvəlki məsələdə cismə təsir edən F1 və F2 qüvvələri arasındakı
bucaq 60°; 90° təşkil
edərsə, əvəzləyici qüvvənin modulu uyğun olaraq neçə nyuton olar?
2.3.
Cismin sürət proyeksiyası-zaman qrafikinə əsasən hansı zaman intervalında əvəzləyici
qüvvənin sıfra bərabər olduğunu təyin edin.
2.4.
Formula-1 yarışlarında çox vaxt bolidin təkərlərinə
protektorsuz enli şinlər geydirirlər.
• Niyə bolidin təkərlərinə protektorsuz enli şinlər
geydirirlər?
• Əgər sizin avtomobiliniz üçün protektorlu
normal və protektorsuz enli şinli təkər seçmək
imkanınız olarsa, hansı təkərə üstünlük
verərdiniz? Niyə?
2.5.
Sürüşkən yolda təkərləri bloklamaq lazımdırmı?
Təcrübəli sürücülər tövsiyə edirlər ki, sürüşkən yolda avtomobili təhlükəsiz əyləc
etmək üçün muftanı ayırmadan, yəni təkərləri mühərrikdən ayırmadan tormozlamaq
lazımdır.
• Niyə avtomobili sürüşkən yolda mühərriklə tormozlamaq daha təhlükəsizdir?
2.6.
Qaldırıcı kran kütləsi 20 ton olan yükü 0,8 m/san2 təcillə qaldırır. Burazın
gərilmə qüvvəsini
təyin edin (g = 10 m/san2; burazın çəkisini nəzərə almayın).
2.7.
Kütləsi 1,2 ton olan avtomobil 5 san müddətində sürətini 60 m/san qədər artırdı.
Avtomobilə təsir edən
əvəzləyici qüvvənin modulu nəyə bərabərdir?
2.8.
Əvəzləyici F qüvvəsi m kütləli cismi t müddətində s məsafəsinə
yerini dəyişdirir. Həmin qüvvə 2m kütləli
cismi 3t müddətində hansı məsafəyə hərəkət etdirər (hər iki halda cismin başlanğıc sürəti
sıfırdır)?
2.9.
Liftin döşəməsinə 100 kq kütləli cisim qoyulmuşdur. Yük döşəməyə 1300 N qüvvə ilə təsir
edirsə, liftin hansı təcillə və hansı istiqamətə hərəkət etdiyini təyin edin (g = 10
m/san2).
2.10.
Düzxətli bərabərtəcilli hərəkət edən 1 ton kütləli avtomobil 9 san müddətində sürətini
20 m/san-dən 38 m/san -dək dəyişdi. Təyin edin: a) avtomobilin təcilini; b) avtomobilə
hərəkəti
istiqamətində təsir edən
qüvvənin modulunu; c) avtomobilə təsir edən qüvvə impulsunu; d) sürət dəyişməsi baş verən müddətdə
avtomobilin yerdəyişməsini.
2.11.
İki maddi nöqtə arasındakı məsafə 3 dəfə kiçildilərsə, onlar arasındakı cazibə qüvvəsi necə dəyişər?