SAXLANMA QANUNLARI
Cənub ölkələrində “fışqıran xiyar” adlı qəribə bitki mövcuddur. Bitkinin xiyarabənzər yetişmiş barına əl vurmaq kifayətdir ki, o, dərhal saplağından qopur. Eyni anda onun qopmuş dəliyindən kənara çox böyük sürətlə toxumla zəngin maye fışqırır. Nəticədə “xiyar” özü əks tərəfə böyük sürət alaraq 10-12 m məsafəyə qədər uçur.