Baron Münhauzen iddia edirdi ki, guya o, bataqlıqda
batdığı zaman saçından tutub onu var qüvvəsi
ilə yuxarı dartmaqla özünü atı ilə birlikdə
bataqlıqdan çıxarmışdır.
Sizcə, Münhauzen doğru söyləyirmi,
bu, mümkündürmü?
Niyə?
1
Kürəciklərin qəribə toqquşması Təchizat: Qaliley novu, eyni ölçülü polad kürəciklər (8-10 ədəd), taxta dayaq
(və ya muftası və tutqacı olan ştativ). İşin gedişi:
Novu üfüqi dayağa bərkidin və üzərində kürəcikləri bir-birinə toxunmaqla zəncir şəklində
ardıcıl düzün (a). Kürəciyin birini nov boyunca
itələyib onun kürəciklər zəncirinə
zərbəsindən sonra baş verən hadisəni izləyin.
İki kürəciyi nov boyunca itələməklə təcrübəni təkrarlayın və hadisəni müşahidə edin.
Təcrübəni üç kürəciyi birdən itələməklə təkrarlayın və kürəciklər zəncirindən neçə
kürəciyin ayrıldığına diqqət yetirin.
Nəticənin müzakirəsi:
Kürəciklər zəncirinə bir kürəciklə zərbə vurduqda nə müşahidə etdiniz?
Təcrübəni iki və üç kürəciyin zərbələri ilə təkrarladıqda kürəciklər zəncirindən uyğun
olaraq neçə kürəcik ayrıldı?
Baş verən hadisələrin səbəbi haqqında fərziyyəniz nədir?