3.5 CƏDVƏLLƏRARASI ƏLAQƏLƏR
Ötən dərslərdə qeyd olunduğu kimi, gerçək verilənlər bazasında ən azı bir neçə cədvəl olur və bu cədvəllər bir-biri ilə, adətən, əlaqələndirilir; məsələn, belə bir əlaqə ötən dərsdə baxdığımız misalda "Qitələr"lə "Ölkələr", eləcə də "Ölkələr"lə "Yaşayış məntəqələri" cədvəlləri arasında mövcuddur. Belə ki, hər bir ölkə müəyyən qitədə, hər bir yaşayış məntəqəsi isə müəyyən ölkədə yerləşir.
Cədvəlləri arasında müəyyən əlaqələrin olduğu verilənlər bazasına relyasiyalı verilənlər bazası, yaxud əlaqəli verilənlər bazası deyilir.
İki cədvəl bir-biri ilə əlaqələndirildikdə aşağıdakı dörd mümkün əlaqədən biri əmələ gəlir.