ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
- Verilənlər bazasında ən azı və ən çoxu neçə cədvəl ola bilər?
- Günay yaratdığı "Şagirdlər" cədvəlində başlıca açar olaraq şagirdlərin doğum tarixini
götürdü. Orxan həmin sahənin başlıca açar kimi götürülməsinin düzgün olmadığını dedi. Nə
üçün?
- Boş olmayan (müəyyən sayda yazı olan) cədvəlin strukturunu dəyişmək olarmı?
- Cədvəllər arasında mümkün olan dörd əlaqə növündən hansılar riyaziyyatdan bildiyiniz
"funksiya" anlayışına uyğundur?
- Relyasiyalı verilənlər bazasında iki cədvəl arasında hansı əlaqə növündən istifadə
olunmur?
- Təqdim olunan formaya əsasən suallara cavab verin:
a. Forma hansı cədvəli doldurmaq üçün hazırlanıb?
b. Cədvəldə neçə yazı var?
c. Cari yazının nömrəsi neçədir?
- Böyük həcmli verilənlər bazasında hər hansı şərti ödəyən bütün yazıları seçmək üçün hansı
alət əlverişlidir: arama, çeşidləmə, yoxsa süzmə?
- Çeşidləmə və süzmə əməllərinin nəticələrinin fərqi nədədir?
- adı = "*əli" sorğusu nəticəsində hansı yazılar tapılacaq?
a. Adı Əli olanlar
b. Adı Əli və ya Vəli olanlar
c. Adının sonluğu "əli" olanlar
d. Adının ortasında "əli" sözü olanlar
- Hesabat blankı hansı bölümlərdən ibarətdir?