4.4 ŞƏBƏKƏ QURĞULARINDAN BİRGƏ İSTİFADƏ
Şəbəkədə birləşmiş kompüterlər hər hansı kompüterə qoşulmuş müxtəlif qurğulardan - sərt disklərdən, CD və DVD disksürənlərindən, skanerlərdən, printerlərdən, modemlərdən və başqa qurğulardan birgə istifadə edə bilər. Çox zaman lokal şəbəkələrdə yalnız bir ümumi printer olur. Şəbəkəyə qoşulmuş istənilən istifadəçi (kompüter) sənədləri çap etmək üçün həmin printerə göndərə bilər.
Kompüterinizə qoşulmuş printerin şəbəkədə birgə istifadəyə açılması qovluqda olduğu kimi aparılır.