4.5 KOMPÜTERİN FİZİKİ OLARAQ İNTERNETƏ BAĞLANMASI
FƏALİYYƏT
Belə bir cədvəl hazırlayın və onu doldurun:
№ | Suallar | Məktəbdə | Evdə |
1. 2. 3. 4. |
Hansı provayderin xidmətindən istifadə edirsiniz? |
İnternetdə işləmək üçün bir neçə şeyin olması vacibdir:
Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara İnternet xidmətləri təminatçısı və ya, sadəcə, provayder deyilir.
Diqqət! | "Provayder" termini ingiliscə "provider" - "təminatçı" sözündəndir; İnternet xidmətləri təminatçısı - Internet Service Provider (ISP). |
Kompüteri internetə fiziki bağlamağın çoxlu üsulları vardır ki, onlardan ən geniş yayılmışı adi telefon xətti vasitəsilə qoşulmadır. Belə qoşulmaya kommutasiyalı bağlantı (ingiliscə dialup) deyilir. Provayderlər abunəçilərin İnternetə çıxışını təmin etmək üçün modem ortaqlığından istifadə edirlər. Modem ortaqlığı istifadəçilərin bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupudur və onların sayı nə qədər çox olarsa, istifadəçilərin zəng edib İnternetə çıxış alması da bir o qədər asanlaşır (bir modem məşğuldursa, zəng o biri modemə yönəldilir və s.). Kommutasiyalı bağlantıda istifadəçinin modemi olmalıdır və bu modem telefon aparatına paralel olaraq xəttə birləşdirilməlidir. Kompüterə quraşdırılmış xüsusi proqram vasitəsilə provayderin verdiyi və modem ortaqlığına qoşulmuş hər hansı telefon nömrəsi yığılır.