1.2İNFORMASİYA PROSESLƏRİ
FƏALİYYƏT1
Hər hansı məlumatı müxtəlif formalarda təqdim edin. Hər bir təqdimetmə formasının hansı halda əlverişli olacağını nümunələrlə izah edin.
Proses dedikdə hər hansı bir hadisənin gedişi, inkişafı, yaxud bu hadisədə iştirak edən obyekt və obyektlərin vəziyyətinin ardıcıl dəyişilməsi başa düşülür.
İnformasiya prosesləri nəticəsində də informasiya özünün ilkin formasını dəyişə və müxtəlif formalara çevrilə bilər.
Əsas olaraq dörd informasiya prosesi seçdirilir:
Diqqət! |
Bəzən informasiya ilə bağlı başqa əməliyyatlar da (məsələn: informasiyanın təqdimedilməsi, köçürülməsi, uzaqlaşdırılması və s.) informasiya proseslərinə aid edilir. Əslində isə belə əməliyyatlar yuxarıda sadalanan 4 əsas prosesin xüsusi hallarıdır. |
İnformasiyanın saxlanması. İnsanlar topladıqları məlumatları, bilikləri saxlaya bilməsəydilər, cəmiyyət inkişaf edə bilməzdi. Məhz saxlanmış biliklər nəticəsində biz ötən dövrləri öyrənirik.