ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
- Kompüter şəbəkələrinin hansı faydaları var?
- "İnternet" və "Dünya hörümçək toru" anlayışlarının hansı fərqi var?
- Hansı qurğu iki müxtəlif növ şəbəkəni bir-birinə bağlayır?
- qovşaq
- körpü
- şəbəkə keçidi
- yönləndirici
- Simsiz şəbəkələrin hansı üstünlükləri və çatışmazlıqları var?
- VPN qısaltmasının açılışı nədir və belə şəbəkədən hansı halda istifadə olunur?
- Bu mülahizələrdən hansı doğru deyil?
- Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya lokal şəbəkələri birləşdirmək) üçün
qurğudur.
- Yönləndirici qəbul etdiyi paketləri mövcud marşrutların ən səmərəlisi üzrə
göndərir.
- PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu
şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şəbəkə keçidindən (şlüzdən) istifadə
olunur.
- Toparlayıcılar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür.
- Şəbəkə resursları dedikdə nə nəzərdə tutulur və onların birgə istifadəyə açılması nə
deməkdir?
- Genişzolaqlı bağlantının kommutasiyalı bağlantıdan hansı üstünlükləri var?
- Sizcə, tədqiqatçılar dünyanın ucqar nöqtələrində internetə bağlanmaq üçün hansı vasitədən
istifadə edirlər?
- Windows əməliyyat sistemində internet bağlantısının tənzimlənməsi İdarəetmə panelinin hansı
bölümündə aparılır?