5.2 HİPERMƏTNİ NİŞANLAMA DİLİ - HTML
Veb-səhifələr hipermətni nişanlama dili (HyperText Markup Language, HTML) vasitəsilə yaradılır. HTML ("eyç-ti-em-el", yaxud "haş-ti-em-el" kimi tələffüz olunur) “Dünya hörümçək toru”nun dilidir. Hər dəfə veb-səhifəni açarkən, əslində, HTML dilində yazılmış sənəd açılmış olur. Bütün veb-sənədlər HTML dilinin köməyi ilə formatlanmışdır və sənədin bir səhifəsindən digərinə keçmək üçün nəzərdə tutulmuş hiperistinadlar da HTML dilinin vasitəsilə yaradılmışdır. Veb-səhifələrdə rast gəlinən rəngli şəkilləri, doldurmaq üçün nəzərdə tutulan müxtəlif formaları və qaçan sətirləri də HTML dilinin sayəsində görmək olur.
ADDIM -ADDIM 1
Mətn redaktorunda ən sadə veb-səhifənin yaradılması