5.4 CƏDVƏLLƏR VƏ İSTİNADLAR
HTML dilində cədvəl yaratmaq üçün bir neçə teqdən istifadə edilir. Cədvəl <TABLE></TABLE> teq cütlüyü ilə təyin olunur, bu cütlüyün arasında isə cədvəlin strukturu və tərkibi verilir.
Bildiyiniz kimi, istənilən cədvəl sətirlərdən ibarətdir. Cədvəlin bütün sətirlərində eyni sayda xana olduğundan cədvəli tam təsvir etmək üçün hər sətirdəki xananı göstərmək yetərlidir. HTML dilində cədvəlin sətirləri <TR></TR> (Table Row) teq cütlüyü ilə təyin olunur, bu cütlüyün arasında isə xanaların təsviri göstərilir. Xanaların formatı və onların tərkibi <TD></TD> (Table Data) teq cütlüyünə, xanaların başlığı isə <TH></TH> (Table Header) teq cütlüyünə yerləşdirilir.
Cədvəldəki ayırıcı xətlər BORDER atributu vasitəsilə verilir, xananın içərisindəki informasiyanı üfüqi düzləndirmək üçün isə ALIGN atributu tətbiq edilir.
ADDIM -ADDIM 1
Veb-səhifəyə cədvəl əlavə edilməsi