6.2 İNFORMASİYA MƏDƏNİYYƏTİ
Şəxsi mədəniyyət dedikdə, adətən, konkret insanın malik olduğu sosial əhəmiyyətli bilik və vərdişlər toplusu nəzərdə tutulur. İnsanın mədəniyyətini müəyyən edən amillər bunlardır:
Bu o deməkdir ki, insan öz əqli qabiliyyətini nə qədər çox inkişaf etdirirsə, nə qədər düşünürsə, onun fərdi mədəniyyəti də bir o qədər yüksəlir. Ona görə də incəsənət və ya elmlə məşğul olan insan ilə fiziki əməklə məşğul olan insanın mədəniyyət səviyyəsinə qoyulan tələblər eyni olmur.
FƏALİYYƏT
İKT sahəsində bilik və bacarıqlarınızın səviyyəsinə dair özünüzün verdiyiniz qiyməti əks etdirən aşağıdakı cədvəli doldurun.
№ | Bilik və bacarıqlar | Bilik səviyyəniz (1 - 5) |
1 | Kompüterlərin təməl və yardımçı qurğularını, onların iş prinsipini bilirəm. | |
2 | Kompüterdə fayl və qovluqlar üzərində müxtəlif əməliyyatlar apara bilirəm. | |
3 | Mətn redaktorunda mürəkkəb mətnlər yaradır və onları formatlaya bilirəm. | |
4 | Düsturlardan istifadə etməklə elektron cədvəllər qura bilirəm. | |
5 | Verilənlər bazasının əsas anlayışlarını bilirəm. MS Access proqramında verilənlər bazası və onun əsasında hesabatlar hazırlayıram. | |
6 | Təqdimatlar hazırlayır və onları nümayiş etdirə bilirəm. | |
7 | İnternetin müxtəlif xidmətlərindən istifadə edirəm. | |
8 | ALPLogo mühitində proqramlaşdırmağı bacarıram. Sadə riyazi məsələlərin alqoritmini qurur və onları Python dilində yazıb icra edə bilirəm. |