6.6 ELEKTRON TƏHSİL
Bu gün cəmiyyətin informasiyalaşdırılması kimi, təhsilin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Doğrudur, müasir məktəblərlə 40-50 il öncəki məktəblər arasında bir sıra bənzərliklər qalmışdır: sinif otaqlarının əksəriyyətində şagirdlər cərgə ilə əyləşib lövhə qarşısında mühazirə söyləyən müəllimin dediklərini diqqətlə dəftərə köçürürlər. Ancaq elə sinif otaqları da vardır ki, orada dərslər yeni texnologiyalar vasitəsilə tədris olunur. Məktəblər yüksəksürətli internetə qoşulur, şagirdlər ibtidai siniflərdən kompüterdə işləməyi öyrənirlər. Fənlərin tədrisində yeni nəsil tədris vəsaitlərindən - elektron tədris resurslarından istifadə edilir.
FƏALİYYƏT1
Aşağıdakı mövzuların məktəbdə öyrəndiyiniz hansı fənnə daha yaxın olduğunu qeyd edin.
Mövzu | Fənn | |
1 | Kompüterin iş prinsipi, onunla işləmək bacarığı | |
2 | Mətn redaktorunda sənədlərin hazırlanması | |
3 | Qrafik redaktorda görüntülərin emalı | |
4 | Elektron təqdimatların hazırlanması | |
5 | Elektron cədvəl proqramında cədvəl və diaqramlarla iş | |
6 | İnternetə qoşulma, elektron poçt yazışmaları, veb-brauzerdən istifadə, İnternetdə axtarış | |
7 | Alqoritmləşdirmə və proqramlaşdırma | |
8 | Kompüter şəbəkələri |