1.7 KOMPÜTER CİNƏYATKARLIĞI
Bu gün biz qlobal qarşılıqlı əlaqələr dünyasında yaşayırıq. Bir an içində dünyanın o biri başındakı insanlarla söhbət edə, yaxud böyük məbləğdə pul əməliyyatları həyata keçirə bilirik. Fərdi kompüterlərin sayının görünməmiş sürətlə artması, İnternetə sərbəst çıxış və yeni kommunikasiya qurğularının sürətli inkişafı həm asudə vaxtın keçirilməsi, həm də biznesin aparılması üsullarını dəyişdirib.
Eyni zamanda qaraniyyətli insanlar üçün də yeni imkanlar açılıb, yeni cinayət üsulları meydana çıxıb.
Bəşəriyyət yeni cinayət növü ilə - kibercinayətkarlıqla qarşılaşıb (təəssüf ki, həm texnologiya, həm də peşəkar kadrların çatışmazlığı səbəbindən əksər hallarda hüquq-mühafizə orqanları bu cinayətkarlarla “bacara bilmir”).
FƏALİYYƏT
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı olmuş və 2013-cü ildə ölkəsindən qaçaraq Rusiyaya sığınmış informatika üzrə mütəxəssis Edvard Snouden haqqında məlumat toplayın.
Kibercinayətkarlıq dedikdə İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur. Kibercinayətkarların hücum obyektləri, əsasən, banklar, birjalar, İnternet-mağazalar olur. Cinayətin həyata keçirilməsində kompüterlər, yaxud şəbəkələrdən aşağıdakı kimi istifadə oluna bilər: