2.3 İNFORMASİYA MODELLƏRİNİN TƏQDİMOLUNMASI
FƏALİYYƏT
Məlumdur ki, hər insanın qanı 4 qan qrupundan birinə aiddir. Verilmiş sxemdə qan qrupları dairəciklərin içərisində rum rəqəmləri ilə göstərilmişdir. Sxemə baxıb sualları cavablandırın:
Obyektin informasiya modelində verilənlər müəyyən qayda ilə nizamlanır, başqa sözlə, müəyyən struktura salınır. Hər hansı gerçək obyekt araşdırılarkən ilkin olaraq onun nəzəri modeli qurulur və verilənlərin strukturu təsvir edilir. Siz ən çox istifadə olunan verilənlər strukturları ilə artıq tanışsınız. Bunlara qraflar, ağaclar və cədvəllər aiddir.
Gerçək obyekt haqqında informasiya müxtəlif cür təqdim oluna bilər. Danışan zaman biz informasiyanı sözlərlə təqdim edirik. Əgər bir obyektin hissələri (elementləri) arasında əlaqəni göstərmək lazım gəlirsə, qraf strukturundan istifadə etmək daha məqsədəuyğundur.
Qrafın təpələri obyektin elementlərini, tilləri isə onlar arasındakı əlaqələri göstərir; məsələn, aşağıdakı qraf şagirdlər arasında dostluq münasibətlərini əks etdirir.