3.1 “VERİLƏNLƏR BAZASI” ANLAYIŞI
Məlumdur ki, avtomobil müfəttişliyində avtomobillərin qeydiyyatı aparılır. Xüsusi kartotekada hər bir avtomobil haqqında informasiya - maşının nömrəsi (dövlət nömrə nişanı), markası, rəngi, sahibi haqqında məlumat saxlanılır.
Kartotekada bütün məlumatlar maşınların nömrəsinə görə nizamlanır, ona görə də maşının nömrəsi məlumdursa, istənilən maşın haqqında məlumatı asanca tapmaq olar. Təəssüf ki, bəzi hadisələr zamanı maşının nömrəsi həmişə məlum olmur.
FƏALİYYƏT
Nömrə nişanı |
Markası | Rəngi | Buraxılış ili |
Qeydiyyat ili |
Sahibi | |
1 | 10BD123 | “BMW” | Qara | 2009 | 2010 | Qarayev A. |
2 | 90LX432 | “Mercedes” | Ağ | 2015 | 2017 | Məmmədli Z. |
3 | 10ON010 | “TOYOTA” | Qırmızı | 2017 | 2017 | Bağırzadə E. |
4 | 10UD324 | “Mercedes” | Gümüşü | 2010 | 2012 | Bondarenko A. |
5 | 90JU725 | “TOFAŞ” | Qara | 2013 | 2014 | Hacımuradov Ş. |