3.2 VERİLƏNLƏR MODELİ
Verilənlər bazasını yaratmaq üçün obyekt haqqında informasiyanı bir yerə toplamaq kifayət deyil. Bunun üçün informasiyanı strukturlaşdırmaq, yəni verilənlərin informasiya modelini yaratmaq tələb olunur. İnformasiya modelinin strukturunu bilməklə lazım olan informasiyanı asanca əldə etmək mümkündür. Verilənlər bazasına aid informasiya modelinə qısaca olaraq verilənlər modeli də deyilir.
Verilənlər modeli müəyyən qayda üzrə əlaqəsi olan verilənlər yığınıdır. Hazırda mövcud olan verilənlər bazalarında verilənlər modelinin dörd növündən istifadə olunur: iyerarxik, şəbəkə, relyasiyalı və obyekt-yönlü.