Alkadienlərin kimyəvi xassələri
4
Şəkildə verilmiş ləvazimatlar sizə tanışdır və gündəlik
həyatda istifadə edilir.
Bu ləvazimatlar hansı materiallardan hazırlanmışdır?
Bu materialın kimyəvi tərkibi haqqında nə bilirsiniz?
Bu maddəni necə sintez etmək olar?
Sizcə, alkadienlər bromlu suyu və KMnO4 məhlulunu
rəngsizləşdirirmi?
Aşağıdakı reaksiyalardan hansı maddələr alınar?
CH
2= CH - CH = CH
2 + Br
2
CH
2= CH - CH = CH
2 + HBr
CH
2= CH - CH = CH
2 + 2Br
2
Alkadienlərin molekulunda iki ikiqat rabitə olduğundan onların əksər kimyəvi xassələri
(birləşmə, oksidləşmə və polimerləşmə reaksiyaları) alkenlərin kimyəvi xassələrinə oxşardır.
Lakin qoşulmuş alkadienlərin kimyəvi xassələri bəzi xüsusiyyətlərinə görə digərlərindən
fərqlənir. Buna səbəb molekulda delokallaşmış π-sistemin olmasıdır. Qoşulmuş alkadienlərin
kimyəvi xassələrini nəzərdən keçirək.
Birləşmə reaksiyaları
Alkenlərdə olduğu kimi, alkadienlər də hidrogen, halogen, hidrogen-halogenid və su ilə
birləşmə reaksiyalarına daxil olur. Molekullarında iki π-rabitə olduğundan 1 mol alkadien
maksimum 2 mol H2 birləşdirə bilir. Alkadienin H2 ilə 1:2 mol nisbətində
reaksiyası zamanı
molekulda olan hər iki π-rabitə qırılır. Reaksiyanı sxematik olaraq aşağıdakı kimi təsvir etmək
olar: