1
Alkinlərin homoloji sırası,
qrafik formulları və molekullarının
fəza quruluşu
Alkinlər ilk nümayəndəsinin molekulunda neçə karbon atomu olar? Bunun səbəbi
nədir?
Beynəlxalq nomenklaturaya əsasən molekulunda karbon atomları arasında bir üçqat rabitə
(— C = C —) olan açıq zəncirli karbohidrogenlər alkinlər adlanır.
Karbohidrogen molekulunda üçqat rabitə yalnız karbon atomları arasında əmələ gələ
bilər. Yəni üçqat rabitənin əmələ gəlməsi üçün alkin molekulunda, ən azı, iki karbon atomu
olmalıdır. Bu səbəbdən alkenlər kimi, alkinlərin də molekulunda bir karbon atomu olan
nümayəndəsi yoxdur. Alkinlərin ilk nümayəndəsinin molekulunda iki karbon atomu var.
Tərkibində iki karbon atomu olan alkinin qrafik formulu aşağıdakı kimi olur:
İki karbon atomunu
üçqat rabitə ilə
birləşdiririk.
Karbonun IV valentli olduğunu nəzərə
alaraq hər karbon atomuna aid rabitə
sayını 4-ə tamamlayırıq.
Rabitələr vasitəsilə karbon
atomuna hidrogen atomlarını
birləşdiririk.
Göründüyü kimi, alkinlərin ilk nümayəndəsinin formulu C2H2 olur. Bu maddə
etin və ya
asetilen adlanır. Eyni qayda ilə alkinlərin ikinci nümayəndəsinin də qrafik formulunu tərtib
etmək olar:
Alkinlərin ikinci nümayəndəsinin formulu C3H4 olur. Bu maddə propin adlanır.
Alkanlarda
olduğu kimi, alkinlər də bir-birindən bir və ya bir neçə -CH2- (metilen) qrupu İlə
fərqlənir
və aşağıdakı homoloji sıra əmələ gəlir.
Alkinin formulu |
Alkinin adı |
C2H2 |
Etin (asetilen) |
C3H4 |
Propin |
C4H6 |
Butin |
C5H8 |
Pentin və s. |
Alkinlər həmçinin asetilen sırası karbohidrogenləri də adlandırılır. Alkin molekulunda
hidrogen atomlarının sayı eyni sayda karbon atomu olan alkendən 2 vahid az olur. Yəni
alkinlərin formulu CnH2n-2 (n ≥ 2) kimidir.
Asetilen molekulunda rabitələrin əmələ gəlməsini necə izah edərsiniz?
Bu molekulda rabitələr hansı orbitalların örtülməsi hesabına əmələ gəlir?