2
Alkinlərin adlandırılması və
izomerliyi
Alkan |
İzomer sayı |
C4H10 |
2 |
C5H12 |
3 |
Alken |
İzomer sayı |
C4H8 |
4 |
C5H10 |
6 |
Alkin |
İzomer sayı |
C4H6 |
2 |
C5H8 |
3 |
Alkenlərin izomer sayı eyni sayda karbon atomu olan alkanlardan çoxdur. Buna səbəb
alken molekulunda həm ikiqat rabitənin vəziyyətinə görə quruluş, həm də sis-trans
izomerliyin olmasıdır. Alkinlərin izomer sayı isə eyni sayda karbon atomu olan alkenlərdən
azdır.
Bu faktı necə izah edərsiniz?
Adlandırma
Alkinlər həm səmərəli üsulla, həm də beynəlxalq nomenklatura əsasında adlandırılır.
Alkenlərin səmərəli üsulla adlandırılması:
-
Alkenlərin ilk nümayəndəsi etilen adlandırılır.
CH2 = CH2 etilen
-
Digər alkenlərə etilenin molekulunda
olan hidrogen atomlarının qismən və
ya tam alkil radikalları ilə əvəz olunmuş
törəməsi kimi baxılır. Əvvəlcə radikalların
sayı göstərilməklə adları oxunur, sonda isə
etilen deyilir.
Alkinlərin səmərəli üsulla adlandırılması
Boşluqları tamamlamaqla alkinlərin səmərəli üsulla adlandırma ardıcıllığını
qeyd edin,
CH3- C=C-CH3 alklnlnl səmərəli üsulla adlandırmaq üçün simmetrik və ya
qeyri-simmetrik sözlərindən istifadə olunmalıdırmı?