Reaktivlər və avadanlıqlar: kalsium-karbid, xörək duzu, su,
kalium-permanqanat
məhlulu, gümüş(l) nitrat, ammonyak məhlulu, bromlu su, yumrudibli kolba (Vürs kolbası),
ştativ, damcı qıfı, qazaparan boru, tıxac, 3 sınaq şüşəsi.
Əvvəlcə bir sınaq şüşəsinə bromlu su, digər bir sınaq şüşəsinə isə kalium-permanqanatın
suda məhlulu əlavə edilir. Üçüncü sınaq şüşəsində isə gümüş(l) nitratın ammonyaklı
suda məhlulu hazırlanır. Bunun üçün sınaq şüşəsinə az miqdarda gümüş(l) nitrat
duzu yerləşdirilir, onun üzərinə gümüş(l) nitrat həll olana kimi ammonyakın suda 5%-li
məhlulu əlavə edilir. Əvvəlki dərsdə öyrəndiyimiz qaydada asetilen alınır. Sonra alınan
asetilen qazaparan boru vasitəsilə əvvəlcə bromlu sudan, sonra kalium-permanqanat
məhlulundan, daha sonra isə gümüş(l) nitratın ammonyaklı suda məhlulundan keçirilir.
Asetileni müxtəlif məhlullardan keçirdikdə nə müşahidə etdiniz?
Reaksiyaların tənliyini necə təklif edərsiniz?
Asetileni bromlu sudan keçirdikdə alınan maddənin adı necə olar?
Hansı kimyəvi xassələrinə görə alkinlər alkanlardan və alkenlərdən
fərqlənir?