2
Tsikloalkanların
adlandırılması və izomerliyi
Alkan molekulunda qonşu olmayan karbon atomlarından fikrən iki hidrogen atomu
qoparıldıqda karbon atomlarının bir-biri ilə rabitə yaratması hesabına tsiklik quruluşlu
karbohidrogenlər yaranır. Məsələn, propan molekulunda olan birinci və üçüncü
karbon atomlarından hidrogen atomları qoparsaq, karbon atomları bir-biri ilə birləşər
və tsiklopropan alınar. Butan molekulunda isə qonşu olmayan karbon atomlarından
müxtəlif cür hidrogen atomları ayırmaq olar. Məsələn:
Alınan tsikloalkanlardan hansılar eyni, hansılar isə müxtəlif maddələrdir?
Müxtəlif olan tsikloalkanlar bir-biri ilə hansı oxşar xüsusiyyətlərə malikdir?
Adlandırma
Aşağıda şaxəli quruluşlu tsikloalkanlar və onların beynəlxalq nomenklatura ilə adları
verilmişdir.
Tsikloalkanların beynəlxalq nomenklatura ilə adlandırılması üçün alqoritm tərtib edin.
Beynəlxalq nomenklatura ilə şaxəsiz quruluşlu tsikloalkanları adlandırmaq üçün eyni sayda
karbon atomu olan alkanın adının əvvəlinə tsiklo sözönü əlavə edilir. Məsələn:
Tsikldə bir radikalı (əvəzedici) olan tsikloalkanları adlandırdıqda tsikli əmələ gətirən karbon
atomları əsas zəncir hesab edilir: əvvəlcə radikalın, sonra isə tsiklin adı deyilir.