Tsikloalkanların alınması və
fiziki xassələri
3
Bakı nefti → V.Markovnikov → Naften karbohidrogenləri (Naftenlər)
Verilən ifadələr arasında olan əlaqəni qurun.
Alınması
Neftin tərkibinə tsiklopentan, tsikloheksan və onların alkiləvəzolunmuş homoloqları daxildir.
Sənayedə nefti distillə etməklə tsikloalkanlan almaq mümkündür. Tsikloheksan və onun
alkiləvəzolunmuş törəmələri sənayedə benzol və onun homoloqlarının katalitik hidrogenləşdirilməsindən
alınır.
Əsas zəncirində beş və daha çox karbon atomu olan alkanların katalizator iştirakında
dehidrogenləşməsindən tsikloalkanlar əmələ gəlir: