Benzol sırası karbohidrogenlərin
kimyəvi xassələri
4
XIX əsrin sonları və XX əsrin əvvəllərində partlayıcı
maddələr sahəsində müxtəlif tədqiqatlar aparılır, yeni
partlayıcı maddələr sintez olunurdu. Lakin bu maddələrin
sənaye miqyasında alınması, saxlanması və tətbiqi
təhlükəli olurdu. Təhlükəsizlik qaydalarına riayət olunmaması
partlayışlara səbəb olurdu. Həmin vaxtlarda
kəşf olunan TNT (trotıl) maddəsi isə bu cəhətdən əlverişli
ıdı. Bu maddənin passıvlıyı və stabıllıyı, istehsalının
və istifadəsinin təhlükəsizliyi onu digər partlayıcılardan
ustun edirdi. Bu səbəbdən XX əsrin ortalarına qədər
bu maddə kütləvi şəkildə istehsal edilmiş,
I və II Dünya
müharibələrində geniş istifadə olunmuşdur.
Bu maddənin tərkibi necədir?
TNT abreviaturası nəyi ifadə edir?
Sınaq şüşəsinə müəyyən qədər bromlu su, bromlu suyun üzərmə bır neçə damcı
benzol əlavə edin. Sonra isə çını kasaya bır miqdar benzol əlavə edib yandırın.
Nə müşahidə etdiniz?
Etilen qazının bromlu sudan keçirilməsi və benzolun bromlu suya əlavə edilməsi təcrübələri
bir-birindən nə ilə fərqlənir?
Etilenin və benzolun yanma reaksiyaları bır-bırındən nə ilə fərqlənir?
Bu fərqləri necə izah edərsiniz?
F.A.Kekulenin təklif etdiyi formul yüz əlli ildən artıq istifadə olunmasına baxmayaraq, benzolun
bır sıra xassələrim izah etmirdi. Əgər benzolda ikiqat rabitələrin mövcudluğunu düşünsək,
onda o doymamış karbohidrogenlərə xas olan reaksiyalara daxıl olmalıdır. Lakın
benzol alken, alkın və alkadıenlərdən bəzi fərqli kimyəvi xassələrə malik olur. Məsələn,
benzol bu sinif maddələrdən fərqli olaraq bromlu suyu rəngsizləşdirmir. Buna səbəb benzol
nüvəsinin (π-elektron sisteminin) davamlı olmasıdır. Nəticədə benzol və onun homoloqları
adı şəraitdə birləşmə reaksiyalarına daxıl olmur. Benzol sırası karbohidrogenlər
müxtəlif şəraitlərdə birləşmə, həmçinin əvəzetmə və oksidləşmə reaksiyalarına daxil olur.
Əvəzetmə reaksiyaları
Benzola qızdırmaqla sulfat turşusu iştirakında qatı nıtrat turşusu ilə təsir etdikdə sarı rəngli,
acı badam iyli nıtrobenzol əmələ gəlir. Reaksiya zamanı benzol molekulunda hidrogen
atomu nıtroqrupla əvəz olunur.