Bunu necə izah etmək olar?
Əvvəlki mövzuda öyrəndiyimiz kimi, metan molekulu əmələ gələn zaman karbon atomunun elektron formulu ...2s12p3 olur. Karbon atomunun bir s və üç p orbitalı rabitələrin əmələ gəlməsində iştirak edərsə, bu halda karbon və hidrogen atomları arasında kimyəvi rabitələrin yaranmasını sxematik olaraq şəkildəki kimi göstərə bilərik.
Rabitələr sxemdə göstərildiyi kimi əmələ gəlirsə, onlar eyni parametrlərə malik olarmı?
Hibridləşmə haqqında məlumatları yadınıza salaraq metan molekulunun fəza quruluşunu necə izah edərsiniz?
Metan molekulunda rabitələrin əmələ gəlməsi zamanı həyəcanlanmış karbon atomunun tək elektronlarının əmələ gətirdiyi orbitalların (bir s- və üç p-orbitalı) hibridləşməsi baş verir. Bu zaman dörd sp3 hibrid orbitalı əmələ gəlir.