4
Alkanların adlandırılması
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Azərbaycanın ən böyük kitabxanasıdır.
Kitabxana fondunda 4,5 milyondan çox nüsxə çap məhsulu saxlanılır. Müəyyən
qaydalarla rəflərə düzülən bu kitabların hər biri yerləşdiyi yerə görə müəyyən
koda malik olur. Bu kod əsasında hər bir kitabxanaçı istənilən kitabı qısa müddətdə
taparaq oxucuya təqdim edir.
Əgər kitabxanada olan kitablar rəflərə pərakəndə (nizamsız) yerləşdin İsə idi, onları qısa
vaxt ərzində taparaq oxucuya təqdim etmək mümkün olardımı?
Alkanların sayının çox olduğunu nəzərə alaraq, onları adlandırmaq üçün müəyyən qaydalar
əsasında verilmiş adlardan istifadə etmək olarmı?
Alkanların adlandırılması qaydalarını necə müəyyən etmək olar?
XIX əsrin sonlarına qədər üzvi maddələrin adlandırılması üçün ümumi bir üsul mövcud
deyildi. Bu vaxta qədər kəşf olunan maddələrə təsadüfi adlar verilirdi. Bu adlar hazırda
maddələrin tarixi (trivial) adları kimi saxlanılmışdır. Məsələn, metan, etan, propan, butan,
izobutan bu maddələrə verilən tarixi adlardır.
CH4 metan |
Tarixi (trivial) adlar |
CH3 - CH3 etan |
CH3 - CH2 - CH3 propan |
CH3 - CH2 - CH2 - CH3 butan |
CH3 - CH (CH3) - CH3 izobutan |
Yeni üzvi maddələrin kəşfi və sintez olunması İlə onların sayı kəskin artdı. Hər bir maddəyə
ayrıca tarixi adın verilməsi bir sıra çətinliklər yaradırdı. Bu səbəbdən maddələrin
müəyyən qaydalar əsasında adlandırılması zərurəti yarandı və müxtəlif adlandırma üsulları
təklif olundu. Bu üsulların müəyyən qaydalarını tətbiq etməklə üzvi birləşmələr asanlıqla
adlandırılır.