Praktiki iş
Praktiki iş
Reaktivlər və avadanlıq:
parafin, mis(ll) oksid, mis(ll) sulfat, qazaparan boru ilə təchiz edilmiş
tıxac, ştativ, spirt lampası, qaşıq, sınaq şüşələri.
İşin gedişi:
Quru sınaq şüşəsinə 1 q mis(ll) oksid tozu və təqribən 0,2 q parafin qırıntıları daxil
edin. Sınaq şüşəsini parafin əriyib mls(ll) oksidlə qarışana kimi spirt lampası ilə qızdırın.
Bundan sonra sınaq şüşəsini üfüqi vəziyyətdə ştativin pəncəsinə bərkidin.
Sınaq şüşəsinin yuxarı hissəsinə qaşıq ilə az miqdarda susuz mis(ll) sulfat tozu yerləşdirin.
Sonra sınaq şüşəsini qazaparan boru ilə təchiz edilmiş tıxacla bağlayın və
qazaparan borunun ucunu əhəng suyu saxlayan digər sınaq şüşəsinə daxil edin.
Sınaq şüşəsindəki qarışığı spirt lampası ilə qızdırın.
Nə müşahidə olundu?
Mis(ll) sulfat və əhəngli su məhlulunda baş verən dəyişiklikləri qeyd edin. Uyğun reaksiya
tənliklərini yazın və parafinin keyfiyyət tərkibi haqqında nəticə çıxarın.