Hər hansı bir telefon nömrəsinə əsasən onun hansı
ölkəyə, regiona, şəhərə aid olduğunu müəyyən etmək
olar. Çünki nömrədə ölkənin, regionun, şəhərin kodu
və mənzilin telefon nömrəsi öz əksini tapır. Məsələn:
Bəs alkenin adının təşkil olunduğu hissələr nəyi ifadə edir?
Alkenlərin ilk nümayəndələri kəşf olunduqda onlara müvafiq alkanın adının sonundakı
“an” sonluğunu "ilen” sonluğu ilə əvəz etməklə adlar verilmişdir. Bu adlar
alkenlərin tarixi
adları hesab olunur. Məsələn, C2H4 - etilen,
C3H6- propilen və s. Bu səbəbdən alkenləri
etilen sırası karbohidrogenləri də adlandırırlar.
Etilen molekulundan bir hidrogen atomu qopardıqda alınan hissəcik (CH2 = CH-) vinil
radikalı
adlanır.
Lakin sinfin nümayəndələri artdıqca bu maddələrin adlandırılması üçün bir üsulun istifadə
olunması zərurəti yaranır. Alkanlarda olduğu kimi, alkenləri də səmərəli üsulla adlandırmaq
mümkündür.
Fəaliyyət
1
Alkanların səmərəli üsulla adlandırılmasını yadımıza salaq. Bu zaman bütün alkanlara
sinfin ilk nümayəndəsi olan metanın törəməsi kimi baxılır. Əvvəlcə radikalların adı, ən
sonda "metan” deyilir.
Alkenləri səmərəli üsulla adlandırdıqda onlara hansı alkenin törəməsi kimi
baxırıq?
maddələrinin adı səmərəli üsulla necə olur?
alkenlərini bu üsulla adlandırdıqda verilən
adları necə fərqləndirmək olar?
Alkenlərin səmərəli üsulla adlandırılmasında ilk nümayəndə etilen kimi adlandırılır. Digər
alkenlərə isə etilenin törəməsi kimi baxılır. Etilen molekulunda olan hidrogen atomlarını
qismən və ya tam alkil radikalları ilə əvəz etməklə bir neçə alkenin səmərəli üsulla
adlandırılmasını
nəzərdən keçirək. Etilen molekulundakı hidrogen atomlarından birini metil
radikalı ilə əvəz edək: