4
Alkenlərin izomerliyi
Alkanlar ilə tanış olduqda C4H10 tərkibli iki alkanın olduğunu
öyrəndik.
Eyni sxemi C4H8 tərkibli alkenlər üçün tərtib etdikdə aşağıdakı kimi
olur:
Nə üçün C4H10 tərkibli2 alkan olduğu halda, C4H8
tərkibli 4 alken var?
C4H8 tərkibli alkenlərin quruluş formullarını necə
təklif edərsiniz?
Alkanlarda olduğu kimi, alkenlərdə də quruluş izomerliyi mövcuddur. Lakin alkanlardan
fərqli olaraq alkenlərdə bu izomerlik həm karbon zəncirinə, həm də ikiqat rabitənin vəziyyətinə
görə yaranır. Quruluş izomerliyindən əlavə alkenlərdə siniflərarası izomerlik və
həndəsi izomerlik mümkündür.
Karbon zəncirinə və ikiqat rabitənin vəziyyətinə görə quruluş
izomerliyi
Molekulunda 4 karbon atomu olan alkenlərin quruluş izomerlərini tərtib edin.
Bu alkenlər bir-birindən nə ilə fərqlənir?
Molekulunda 5 karbon atomu olan alkenin hansı quruluş izomerləri var?
Alkenlərdə quruluş izomerliyi alkanlarda olduğu kimi, molekulunda dörd karbon atomu
olan nümayəndədən (C4H8) başlayır.
buten-1
buten-2
2-metilpropen