2
Alkadienlərin adlandırılması
və izomerliyi
CH2 = CH - CH = CH2 maddəsi divin il adlanın
Nə üçün bu maddə divini! adlandırılır?
Sizin fikrinizcə, bu ad maddənin hansı nomenklaturaya əsasən verilmiş
adıdır?
Alkenlərin beynəlxalq nomenklatura əsasında adlandırma üsulunu nəzərə alaraq
bu
maddəni başqa necə adlandırmaq olar?
Adlandırma
Beynəlxalq nomenklaturaya əsasən şaxəsiz quruluşlu alkadienləri adlandırmaq üçün
müvafiq alkanın adının sonundakı "n" hərfi "dien" sonluğu ilə əvəz olunur.
Əsas zəncirdə üçdən çox karbon atomu olduqda karbon zəncin ikiqat rabitə yaxın olan
tərəfdən nömrələnir. Alkadienin adının sonunda nömrələmə sırasında ikiqat rabitə başlayan
karbon atomlarının nömrəsi (ikiqat rabitələrin yeri) göstərilir. Məsələn:
Şaxəli quruluşlu alkadienləri beynəlxalq nomenklaturaya əsasən adlandırmaq üçün
aşağıdakı qaydalar nəzərə alınmalıdır.
1. Molekulda ikiqat rabitəli karbon atomlarının daxil olduğu ən uzun karbon zənciri
(əsas
zəncir) seçilir.
2. Əsas zəncirdəki karbon atomları ikiqat rabitə yaxın olan tərəfdən nömrələnir
3. Əsas zəncirdəki karbon atomlarına birləşmiş radikalların yeri (birləşdiyi karbon
atomunun
nömrəsi), sayı (di-, tri- tetra- və s.) və sadədən mürəkkəbə doğru olmaqla adı
oxunur, əsas zəncirə uyğun alkanın adının sonundakı “n” hərfi “dien” sonluğu İlə əvəz
olunur və ikiqat rabitə başlayan karbon atomlarının nömrəsi deyilir.