QƏRBİ AVROPADA
MƏRKƏZLƏŞDİRİLMİŞ
DÖVLƏTLƏRİN
YARANMASI
Norman işğalı, Vilhelm, Böyük azadlıqlar xartiyası,
Parlament, IV Filipp, Baş ştatlar, Yüzillik müharibə, "qara ölüm"
Norman işğalı
X yüzillikdə vikinqlərin bir hissəsi
olan normanlar (ingiliscə -
şimal adamı) Fransanın şimalında
məskunlaşmışdı. Fransa
kralının onların başçısına burada
mülk verməsi ilə Normandiya
hersoqluğu yarandı.
1066-cı ildə Normandiya
hersoqu Vilhelmin başçılığı ilə
ağır silahlı cəngavərlər ordusu
İngiltərə sahillərinə çıxdı və
Hastinqs döyüşündə İngiltərə
kralının piyadalardan ibarət
ordusunu məğlub etdi. Vilhelm
özünü İngiltərə kralı elan etdi.
Yeni kral norman cəngavərlərinə
torpaq sahələri payladı və bütün
zadəganları İngiltərənin yeganə
hökmdarı kimi ona sadiqlik andı
içməyə məcbur etdi.
Norman hakim təbəqəsi fransızca
danışırdı. Lakin normanların
anqlo-sakson zadəganları
ilə qohumluq əlaqələri onları
tədricən yeni ingilis mədəniyyətində
birləşdirdi.
|
Norman işğalını İngiltərə
tarixinin dönüş nöqtəsi
hesab etmək olarmı? Mülahizələrinizi
əsaslandırın.
|
|
V yüzilliyin əvvəllərində Şimali Avropada yaşayan alman tayfaları:
anql və sakslar Britaniyanı işğal etdilər. Burada yeddi krallıq meydana
gəldi. IX yüzilliyin sonlarında isə vahid krallıqda birləşdilər. Bu krallıq
anqlların adı ilə bağlı olaraq İngiltərə adlandırıldı.
Vilhelm əhali və əmlakın
siyahıya alınmasını apardı. Bu,
Roma dövründən bəri Avropada
aparılan ilk siyahıyaalınma
idi. Angl-saks krallarının tətbiq
etdiyi vergi sistemi və kral məhkəməsi
təkmilləşdirildi.
XII yüzilliyin ikinci yarısında
II Henrixin dövründə kral
hakimiyyəti genişləndirildi. Kral
məhkəməsinin səlahiyyətləri
artırıldı. Bu məhkəmələr bütün
İngiltərəni əhatə etdiyindən
ölkə üçün ümumi olan qanunlar
yerli qanun məcəllələrini əvəz
etməyə başladı.
|
II Henrixin kilsə üzərində kral
nəzarəti tətbiq etmək niyyəti
ictimai narazılıq nəticəsində çox
da uğurlu olmadı.
II Henrix
|
|