Böyük Səlcuq sultanı Alp Arslanın
göstərişi ilə vəzir Nizamülmülk
tərəfindən XI yüzilliyin
60-cı illərində Bağdadda
Uluqbəy
|
açılan "Nizamiyyə" mədrəsəsi
dünyanın ilk universitetlərindən
biri hesab olunur. Bu ali
mədrəsədə dini biliklərlə yanaşı,
hüquq, filologiya, riyaziyyat,
astronomiya elmləri də tədris
edilirdi. Böyük azərbaycanlı
alim Xətib Təbrizi "Nizamiyyə"
mədrəsəsində dərs demişdir.
XIV yüzilliyin əvvəllərində
Təbrizdə yaradılan mədrəsə
müsəlman Şərqinin ikinci
ali təhsil ocağı idi. Teymuri
hökmdarı Uluqbəy də ölkədə
mədrəsələrin tikilməsinə
xüsusi diqqət yetirirdi.
|
Şərq ölkələrində təhsilin
inkişaf xüsusiyyətlərini
izah edin.
|
|
Astronomiya elminin inkişafında
mühüm nailiyyətlər əldə
edilmişdi. İsfahan rəsədxanasına
rəhbərlik etmiş, dövrünün dahi
şairi, riyaziyyatçısı, astronomu
Ömər Xəyyam
|