RUSİYA
İvan Qroznı, I Pyotr, Şimal müharibəsi, rus-türk
müharibəsi, II Yekaterina
us knyazlıqlarının
Moskva ətrafında
birləşdirilməsi XVI
yüzillikdə başa
çatdı. Böyük Moskva
IV İvan Qroznı 1547-ci ildə rus
hökmdarları içərisində ilk dəfə
olaraq çar titulunu qəbul etdi
dövləti gücləndirmək üçün bir
sıra tədbirlər gördü.
Mərkəzləşdirilmiş güclü hakimiyyət
yaratmaq istəyən IV
İvan dövlət idarəetmə sistemini
təkmilləşdirdi, boyar müxalifətini
ləğv etdi. Ordu quruculuğunda
yeniliklər yaradan çar məmurların
rüşvətxorluğuna görə sərt
cəzalar tətbiq etdi.
Onların əhali hesabına saxlanılması
qaydası ləğv edildi. Daxilən
möhkəmləndirilən Moskva
knyazlığı işğallar yolu ilə ərazisini
genişləndirmək siyasətini
davam etdirdi.
Volqa boyunda yerləşən Qazan
və Həştərxan xanlıqlarının işğalı
nəticəsində Volqa-Xəzər ticarət
yolu Rusiyanın əlinə keçdi.
Şərqdəki işğalları genişləndirən
Rusiya tezliklə Sibir xanlığının da
varlığına son qoydu.
|
Sizcə, boyar müxalifətinin
ləğv olunması çara hansı
üstünlükləri verə bilərdi?
|