indistanda XVI
yüzilliyin əvvəllərində vahid dövlət
yox idi. Ölkədəki
dövlətlərin ən böyüyü Dehli
sultanlığı idi. Sonuncu Dehli
sultanı İbrahim Ludi hakimiyyəti
gücləndirmək üçün iri feodallar
və əyanlarla barışmaz mübarizəyə başladı. Buna görə də iri
feodallar Kabul hakimi Zahirəddin Babura müraciət edib onları sultanın zorakılığından xilas
etməyi xahiş etdilər. Hindistana
hücum edən Babur 1526-cı ildə
Panipat döyüşündə İbrahim
Ludinin qoşununu darmadağın
etdi və Böyük Moğol dövlətinin
əsasını qoydu. Tezliklə Babur
Şimali Hindistanın əsas hissəsini
də özünə tabe etdi.
Babur şah
|
İctimai-iqtisadi münasibətlər
Böyük Moğol dövləti mərkəzləşdirilmiş feodal monarxiyası
idi. Hökmdar qeyri-məhdud
hakimiyyətə malik idi. İşğal
olunmuş bütün torpaqlar dövlət
torpaq fonduna daxil edilirdi. Bu
torpaqlar xalisə adlanırdı. Xalisədən şərti torpaq - cagir verilirdi,
iqtadan fərqli olaraq cagir böyük
əraziləri əhatə edirdi. Cagirdarların çoxu müsəlman idi
|
Dövlətə tabe edilmiş və xərac
verən hind knyazların şəxsi
torpaqları zəmindarlıq adlanırdı. Sufi şeyxlərinin, müsəlman
ruhanilərinin irsən keçən və
vergidən azad olan torpaqları
soyurqal və ya mülk adlanırdı.
Dehli sultanlarından fərqli olaraq Böyük Moğol şahları İslam
dinini zorla yaymağı düşünmürdülər.
|
|