ind və irandilli
xalqlar ari tayfalarının
varisləri
sayılır. Köçərimaldar
həyat tərzi sürən ari
tayfaları Şərqi Avropa çöllərində
yaşayırdılar.
E.ə. II minillikdə Avropada kəskin
iqlim dəyişikliyi baş verdiyindən
əlverişli ərazilər tapmaq
məqsədilə köç etmiş arilər
Cənubi Qafqaz və Mərkəzi Asiyadan
keçmiş, onların bir hissəsi
İranda, digər hissəsi isə Hindistanda
məskunlaşmışdı. Arilərin
gəlişinə qədər indiki İranda və
Hindistanda müxtəlif dillərdə
danışan tayfalar yaşayırdılar.
Zaman keçdikcə yerli əhali
arilərin dillərini qəbul etmiş,
nəticədə irandilli və hind tayfaları
yaranmışdır. Belə irandilli
tayfalardan biri də farslar idi.
Farsların adı ilk dəfə e.ə. IX
yüzillikdə Assuriya yazılarında
çəkilir.
E.ə. VIII yüzilliyin sonlarında
fars tayfalarının ittifaqı yaranmış,
Əhəmən adlanan şəxs ittifaqın
başçısı seçilmişdir. Ona
görə də sonralar Əhəmənin
nəslindən olanların başçılığı ilə
yaradılan dövlətə Əhəmənilər
dövləti deyilmişdir.
|
Ari axınının əfsanəvi təsviri
Əhəməni dövləti
Əhəmənilər dövləti e.ə. 550-ci
ildə Midiya dövlətinin süqutu
nəticəsində yaranmışdır. Əhəmənilər
nəslindən olan II Kir Midiya
hökmdarı Astiaqdan narazı olan
qüvvələrlə gizli əlaqə yaradıb
üsyan qaldırdı. Üç il davam edən
müharibə nəticəsində II Kir Midiyanın
paytaxtı Ekbatan şəhərini
tutdu. Bununla Midiya dövləti
süquta uğradı və onun ərazisi
yaranmaqda olan Əhəməni
(fars) dövlətinin tərkibinə qatıldı.
|
|
|