vropada ilk dövlət
e.ə. III minilliyin birinci
yarısında Krit
adasında yaranmışdı.
Krit Misir və Yunanıstanın
cənubu ilə ticarət əlaqələri
saxlayırdı.
E.ə. II minilliyin ortalarında
güclü vulkan püskürməsi Kritdəki
sivilizasiyanın süqutuna
səbəb oldu. Krit mədəniyyətinin
təsiri nəticəsində Yunanıstanın
cənubunda Mikenada
yeni sivilizasiya yaranmışdı.
E.ə. II minilliyin sonlarında
dorilərin şimaldan Yunanıstana
yürüşü nəticəsində Mikena
sivilizasiyası dağıldı.
|
Yunan şəhər-
dövlətləri Yunanıstanın E.ə. VIII yüzillikdə yunanların polis adlandırdıqları şəhər-dövlətlər meydana gəldi. Hər bir polisin akropol adlanan hissəsi təpənin yuxarısında yerləşirdi. Akropoldan aşağıda aqora (bazar meydanı) yerləşirdi. Şəhər-dövlətlərin yuxarı təbəqəsini təşkil edən zadəganlar iri torpaq mülkiyyətçiləri olmaqla bərabər; siyasi həyatda da üstünlüyə malik idilər. Ordunun əsasını ağır silahlı piyadalar təşkil edirdi. Onların düzülüş qaydası falanqa (latınca "barmaq" deməkdir) adlanırdı.
|
Yunan
koloniyaları
E.ə. VIII—VI yüzilliklərdə yunanların bir hissəsi vətənlərini tərk edərək uzaq ölkələrdə məskunlaşdı. Yunanıstanda əhalinin sayının artması, əkin sahələrinin azlığı və ticarətin inkişafı bu köçmənin əsas səbəbləri idi. Nəticədə Aralıq dənizi və Qara dəniz sahillərində yunan koloniyaları quruldu. Koloniyaların yaranması ilə yunanlar öz mədəniyyətlərini və siyasi ideyalarını Aralıq dənizinə yaydılar. Koloniyalar ticarətin və sənətkarlığın inkişafına səbəb oldu. Bu isə Yunanıstanın bir çox şəhər-dövlətlərində yeni varlı şəxslər qrupunu yaratdı. Tədricən onlar siyasi hakimiyyətdə təmsil olunmaq üçün hakim aristokratlarla mübarizəyə başladılar. |
Yunan koloniyalarının yaranmasının səbəb və nəticələrini şərh edin. |
Ticarət və sənətkarlığın inkişafı Yunanıstanın siyasi həyatına necə təsir göstərdi? |