siyanın cənub-qərbində
yerləşən
Ərəbistan yarımadasının
ərazisinin
xeyli hissəsi quru çöllərdən, yarımsəhra
və səhralardan ibarətdir.
Əkinçilik üçün yararlı torpaqlar
|
yarımadanın qərb, cənub
və şərq hissəsində yerləşirdi.
Bu bölgələrdə yaşayan ərəblər
dənli bitkilər, müxtəlif meyvələr,
xurma və üzüm becərir, habelə
sənətkarlıqla məşğul olurdular.
Köçəri maldarlıqla məşğul olan
|
və əhalinin əksəriyyətini təşkil
edən ərəblər bədəvi adlanırdılar.
Bədəvilər "səhra gəmisi" adlandırdıqları
dəvə ilə yanaşı, həm də
cins atlar və mal-qara saxlayırdılar.
Hər qəbilənin sitayiş etdiyi
bütü var idi.
|