German döyüşçüləri
|
V yüzillikdə german tayfası olan
ostqotlar İtaliyanı, vestqotlar
İspaniya və İtaliyanı işğal etdilər.
Qərbi Roma imperiyası ərazisində
alman krallarının idarə etdiyi
bir sıra dövlətlər yarandı.
Bu krallıqların sərhədləri müharibələr
nəticəsində daim dəyişirdi.
Avropada gedən işğallar və
aramsız müharibələr iqtisadiyyatda,
idarəetmədə və mədəniyyətdə
bir sıra dəyişikliklərə
səbəb oldu. Ticarət əlaqələrinin
pozulması şəhərlərin iqtisadi
mərkəzlər kimi əhəmiyyətini
itirməsinə səbəb oldu.
|
Romaya hücum edən alman
işğalçıları oxumağı və yazmağı
bilmirdilər. Təhsil və mədəniy-
yətin digər sahələri tənəzzül
etdi. Almandilli xalqlar Roma
əhalisi ilə qarışdıqca latın dili
dəyişdi. Hələ də rəsmi dil
olmasına baxmayaraq, artıq
əhalinin əksəriyyəti tərəfindən
başa düşülmürdü. Yeni sözlər
və ifadələr gündəlik danışığın
bir hissəsinə çevrildikcə müxtəlif
dialektlər inkişaf edirdi.
IX əsrə qədər latın dili əsasında
fransız, ispan və digər dillər
yaranmağa başladı.
|