Dini baxış tərəfdarlarına görə,
ilk insanlar olan Adəm və Həvva Tanrı tərəfindən yaradılmışdır. Onlar əvvəlcə cənnətdə yaşasalar da, sonradan Tanrı tərəfindən qadağan edilən meyvəni yediklərinə görə Yer üzünə qovulmuşlar. |
Təkamülçü
Təkamülçü baxışın nümayəndələri
müasir insanların əcdadlarının
insanabənzər meymunlardan
təbii seçmə və təkamül
prosesi nəticəsində yarandığını
qeyd edirlər.
|
Kosmik
Kosmik baxışa əsasən insanlar
başqa bir planetdən Yer kürəsinə
gəlmişlər.
|
Digər tarixi dövrlərlə müqayisədə
ibtidai icma quruluşu daha uzun müddət davam etmişdir. Təqribən 3 milyon ilədək bundan əvvəl ilk insan tipinin yaranması ilə başlamış, 6 min il bundan əvvəl |
ilk sivilizasiyaların, yazının və
dövlətin meydana gəlməsi ilə başa çatmışdır. Yazının olmadığı bir dövrdə insanların necə yaşadıqlarının öyrənilməsində arxeologiya, antropologiya və etnoqrafiyanın böyük rolu vardır. |
Arxeologiya yunan mənşəli
söz olub, "qədim dövr haqqında elm" deməkdir. Tarixə köməkçi elm sahələrindən olan arxeologiya insanların əmək fəaliyyətinin nəticələrini əmək alətləri, silahlar, yaşayış |