Osman qazinin babası Süleyman
şah 50 min türkmənlə
əvvəlcə Ərzuruma, sonra
Ərzincandan Rum vilayətinə
gəldi. Anadolunun dağlarında
və dərələrində çətinliklərlə
qarşılaşan türkmənlər təkrar
Türküstana qayıtmaq istədilər.
Onlar gəldikləri yolla qayıtmadılar
və Hələb vilayətinə çıxdılar. Caber qalasına çatıb, Fərat çayı sahillərinə
endilər. Türkmənlər
Süleyman şaha dedilər: "Xan, biz bu suyu necə keçəcəyik?"
... Süleyman şah Fəratı keçərkən suda boğuldu. Onu Caber
qalasının yaxınlığında dəfn etdilər. Süleyman şahın qəbrinə indi
də "Türk məzarı" deyilir.
Aşıq Paşazadə. "Osmanoğullarının tarixi"
|
Türkmən tayfalarının hərəkət istiqamətlərini xəritə üzərində
izləyin, onların geniş bir ərazidə fəaliyyət göstərə
bilmələrinin səbəblərini müəyyən edin.
|