ədim monqol inancına görə, monqolların ulu əcdadı Tanrının iradəsi ilə Göy Qurd və Ağ Maraldan dünyaya gələn bir insan olmuşdur. Onun 24-cü nəslində isə bir oğlan uşağı doğulmuş, adını Temuçin qoymuşlar. Temuçin və onun varisləri dünyanı heyrətə salan fəthlər edərək böyük bir imperiyanın qurucularına çevrildilər. Jujan dövlətinin süqutundan sonra onun tərkibində olan tayfalar Mərkəzi Asiya çöllərinə səpələndilər. Şərq xalqlarının "moğol", avropalıların isə "monqol" adlandırdığı xalq | göytürklərin məğlub etdiyi jujanların varisləri hesab olunur. Monqollar Mərkəzi Asiya çöllərindən Altay dağlarının qərbinə qədər geniş ərazilərdə yaşayır, əsasən, köçəri maldarlıq və ovçuluqla məşğul olurdular. XII yüzilliyə qədər monqol tayfaları arasında nəsli qəbilə münasibətləri hakim idi. Lakin tədricən maldar təsərrüfatları içərisində sosial bərabərsizlik yaranmağa başladı. Daha varlı təsərrüfatlar əsas tayfadan ayrılmağa və digər ərazilərə köç etməyə başladı. Ordu adlanan bu qurumlara noyon və bahadur adlanan hərbi rəislər başçılıq edirdi. |
XII—XIII yüzilliklərin qovşağında
monqol çölləri tayfalararası
çəkişmə meydanına çevrildi.
Qalib gələn tayfa və ya qəbilələr
varlanır, məğlub olanlar isə güclülərə
tabe olmaq məcburiyyətində
qalırdı. Beləliklə, monqollar
arasında nəsli qəbilə quruluşu
feodal münasibətləri ilə əvəzlənməyə
başladı. Yenicə yaranmağa
başlayan feodal münasibətləri
isə köçmə xarakteri daşıyırdı.
Səfalətin
yetişdirdiyi şəxsiyyət |
Gələcək monqol dövlətinin qurucusu olan Temuçin Kiyat qəbiləsinin başçısı Yesuqay bahadurun böyük oğlu idi. Yesuqay tatarlar tərəfindən zəhərləndirilib öldürüldükdən sonra qəbiləsi 12 yaşlı Temuçinə tabe olmayaraq onu və ailəsini tərk etdi. Gələcək xanın ağır və məşəqqətli günləri başlandı. Anası və kiçik qardaşları ilə birlikdə taleyin ümidinə buraxılan Temuçin Onon çayı sahillərində balıq tutmaq və ovçuluqla dolanmaq məcburiyyətində qalır. |