Xaçlı yürüşlərinin
səbəbləri
rank imperiyasının
parçalanması ilə Qərbi
Avropa feodalların öz
aralarında hökmranlıq
uğrunda mübarizə
bir məkana çevrildi. Bu mübarizədə
Roma papaları da
iştirak edirdi. Onların məqsədi
Avropadakı bütün bu gücləri
ram etmək, öz üstünlüyünü
onlara qəbul etdirmək və xristian
dünyasında hakim mövqeyə
malik olmaq idi.
|
ların keşişlərdən ibarət böyük
bir təbliğat ordusu var idi. Bu
təbliğat ordusundan istifadə
edərək papalar Qərb xristian
dünyasının bütün siyasi və
hərbi qüvvələrini, xüsusən də
xalq kütlələrini özlərinə bağlamağa
və onlara hakim olmağa
çalışırdılar.
Hökmranlıq uğrunda gedən bu
mübarizədən ən çox əziyyət
çəkən sadə camaat idi. Qərbi
Avropa ölkələrində asayiş yox
idi. İstehsal dayanmışdı və
iqtisadi həyat tamamilə iflic
|
olmuşdu. Cəmiyyətdə aclıq və
səfalət yayılmağa başlamışdı.
Papalıq əvvəlcə sülh çağırışı
edərək bütün Avropanı bürümüş
bu qarışıqlıq və özbaşınalığın
qarşısını almağa çalışdı.
Amma bu çağırışlar döyüşçü
ünsürlərə o qədər də təsir
etmədi. Bu zaman Qüdsə olan
sevgini canlandıran və din
uğrunda mübarizəni alovlandıran
ideyalar ön plana çıxmağa
başladı. Roma papaları daxili
təcavüz və zorakılığı xarici hədəflərə
yönəltməyə çalışırdılar.
|